Qərb Universitetinin Britaniya Koventri Universiteti ilə sazişi bir çox tələbələr üçün maraqlı ola bilər

Qərb Universitetinin Britaniya Koventri Universiteti ilə sazişi bir çox tələbələr üçün maraqlı ola bilər

Qərb Universiteti öz tələbələri üçün qısa müddət ərzində Britaniya Universitetinin bakalavr dərəcəsini almaq imkanı yaradır. Qərb Universiteti, Böyük Britaniyada 15 ən yaxşı universitet sırasında olan Koventri Universiteti ilə sazış imzalamışdır. Koventri Universiteti Mərkəzi İngiltərədə Koventri şəhərində yerləşən Böyük Britaniyanın dövlət ali təhsil müəssisəsidir. Saziş əsasında yaradılan proqramla tələbələr " İşgüzar İnzibatçılıq ” ixtisası üzrə 4 il ərzində 2 müxtəlif bakalavr dərəcəsi ala biləcəklər. " Sürətli dərəcələr” ideyası- ( 'fast-track' or 'accelerated' degree programs) tələbələrə təhsil və yaşayış xərclərinə qənaət etmək, həmçinin gələcəkdə iş axtarışında üstünlük əldə etmək imkanını verir.

Təhsil sxemi aşağıdakı kimidir:

- 1-ci tədris ili - Qərb Universiteti

- 2-ci və 3-cü tədris ili - Koventri Universiteti

- 4-cü tədris ili - Qərb Universiteti

İngilis dilini yaxşı bilmək proqramda iştirak üçün zəruri şərtdir.


Media:

Vesti.az: "СОГЛАШЕНИЕ ЗАПАДНОГО УНИВЕРСИТЕТА С УНИВЕРСИТЕТОМ КОВЕНТРИ ЗАИНТЕРЕСУЕТ МНОГИХ БУДУЩИХ СТУДЕНТОВ"

Trend.az: "СОГЛАШЕНИЕ ЗАПАДНОГО УНИВЕРСИТЕТА С УНИВЕРСИТЕТОМ КОВЕНТРИ ЗАИНТЕРЕСУЕТ МНОГИХ БУДУЩИХ СТУДЕНТОВ"

Regionplus.az: "СОГЛАШЕНИЕ ЗАПАДНОГО УНИВЕРСИТЕТА С УНИВЕРСИТЕТОМ КОВЕНТРИ ЗАИНТЕРЕСУЕТ МНОГИХ БУДУЩИХ СТУДЕНТОВ"

Echo.az: "СОГЛАШЕНИЕ ЗАПАДНОГО УНИВЕРСИТЕТА С УНИВЕРСИТЕТОМ КОВЕНТРИ ЗАИНТЕРЕСУЕТ МНОГИХ БУДУЩИХ СТУДЕНТОВ"