Qərb Universiteti və Erasmus Mundus Əməkdaşlığı

Qərb Universiteti və Erasmus Mundus Əməkdaşlığı

Qərb Universiteti və Erasmus Mundus əməkdaşlığı:

1) Qısaca proqram haqqında: Erasmus Mundus 1-2 semestr ve ya Tam təhsil (Full Degree) verə bilən bir tələbə-mübadilə proqramıdır. 2009-cu ildən bəri fəalliyyət göstərir və Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz Regionu, Ukrayna və digər Avropa birliyinə daxil olmayan bəzi ölkələrin universitetlərində oxuyan tələbələrin oxuduqları bölüm üzrə uyğun olan Avropa Birliyi ölkələrindən birində (əksi də mümkündür) təhsillərini davam etdirmələri üçün yaradılmışdır. Hər il təxminən yüzlərlə şanslı tələbə bu proqramdan yararlana bilir.

2) Programın üstünlükləri: Bu programın üstünlüklərindən biri də onun bir deyil, xeyli ölkəni səyahət etmək imkanı qazandırması, ordaki fərqliliklərlə tanış olma və qədim sivilizasiya mərkəzlərini, bir sözlə gözəlliyi, Avropanı fəth etmə şansı verməsidir. Təkcə İngilis dilini deyil, həmçinin yaşadığın ölkənin ana dilini və əgər istəkli olsan oradakı tələbələrdən könüllü şəkildə onların dilini öyrənmək imkanı da əldə edə bilirsən. Yeni dostlar, dünyanın hər bir yerindən yüzlərlə yeni dostlar əldə etmiş olursan və artıq hər hansısa bir ölkəyə gedəcəyin təqdirdə səni qarşılayacaq biri olacaq ən azından.

3) Təqaüd haqqında: "Erasmus Mundus” Avropa Birliyi nəzdində fəaliyyət göstərən Avropa Komissiyası tərəfindən maliyyələşən bir təhsil proqramıdır. Təhsil aldığınız müddətdə bütün yaşam, siğorta, visa, gediş və geri dönüş biletlərini özündə birləşdirən Təqaüd paketinə yiyələnirsiniz. Minimum təqaüdün avro ilə dörd rəqəmli ədəd olduğunu demək kifayətdir.

4) Müraciət prosedurları: Bu proqramı digər Tələbə mübadilə proqramlarından fərqləndirən ən mühüm cəhətlərindən biri də bütün prosedurlarınun online yəni internet üzərindən olması və imtahan və ya intervyu olmamasıdır.

Programda iştirak etmək üçün ilk şərt oxuduğunuz universitetin Erasmusun partnyor universitetlərindən biri olmasi vacibdir. Bu barədə məlumatı universitetinizin xarici əlaqələr departamentindən ala bilərsiniz.

Digər şərtlər:

- Azərbaycan vətəndaşı olmalı.

- Son 5 il ərzində ümumi olaraq 12 aydan artıq Avropa ölkələrində olmamalı

- İngilis və ya hansı dildə təhsil alınması planlaşdırılırsa həmin dildə yüksək bacarığa sahib olmalı.

P.S Erasmus bir qədər mürəkkəb quruluşa malikdir. Target qruplar bir qədər sizi çaşdira bilər, amma daha dolğun məlumat üçün sonda əlavə olunan linklərdən məlumat ala bilərsiniz. Həmçinin universitetinizin hansı layihəyə partnyor olduğunu öyrənə bilərsiniz.

Online müraciət zamanı sizə lazım olacaq sənədlər:

1. Motivasiya məktubu (Motivation Letter əsasən 1 səhifə olur, nəyə görə proqramda iştirak etmek istədiyinizi, qazanmağa ümid etdiyiniz şeyləri qeyd edirsiniz);

2.Tövsiyyə məktubu (Recommendation letter- professor və ya müəlliminizdən sizin barənizdə yazılmış GÖZƏL sözlərdən ibarət məktub;

3.Təhsil aldığınız müddətdə keçdiyiniz dərslərin TRANSCRİPT-I (bunu universitetin dekanatlığından rahatlıqla ala bilərsiniz);

4. Dil bilginiz haqqında sertifikat;

5. Universitetiniz tərəfindən orada oxuduğunuzu təsdiq edən arayış;

6. Xarici pasportunuzun surəti (scan olunmuş formada yükəyin);

7. Sizdə olan digər bütün sertifikatlarınızın surəti (scan olunmuş formada);

Qeyd: Bütün bu yuxarıda sadaladığımız sənədlərin ingilis dilində olmağı VACİBDİR. Adları çəkilən sənədləri sayta yükləməyiniz kifayətdir.

İngilis dilini və ya digər dili hansını ki, təhsil müddətində oxumağı planlaşdırırsınız ən azı orta səviyyədə bilməyiniz vacibdir. Məsələn, Avstriyada almanca, Fransada fransız dilində oxuya bilərsiniz.

Bu proqram çərçivəsində heç bir imtahan keçirilmir bütün prosedurlar online (internet üzərindən) həyata keçirilir. Online qeydiyyat dövrü müraciət etdiyiniz (universitetinizin partnyor olduğu) asılı olaraq əsasən Dekabrın sonu başlayıb Fevralın əvvəli başa çatır. Nəticələr ən geci May ayında məlum olur. Daha sonra seçilmiş tələbələr üçün xüsusi sənədlər göndərilir və siz Avropadakı universitetdə təhsil alacağın dərsləri qeyd edirsiniz. 1 ay müddətində viza proseduru davam edir və viza üçün sənədlərinizi toplayıb, vizanızı alırsınız. Biletinizi isə Avropa komissiyası online şəkildə alır və sizə göndərir. Bundan sonra isə sizi "Turkish Airlanes” ilə gedəcəyiniz ölkəyə qədər yola salırlar. Sentaybr ayında bir də gözünüzü açırsınız ki, artıq Avropada, tam fərqli bir mühitdəsiniz, gerisini isə özünüz görməlisiniz.

Sizə proqram çərçivəsində kömək edəcək şəxslər: Erasmus Mundusda oxuduğunuz universitet tərəfindən hər bir tələbə üçün xüsusi tyutor təqdim edilir. Tyutorlar həmin universitetdə oxuyan və sizə hər cür köməklik göstərməyə çalışan könüllülərdən biri olurlar.

Azərbaycandan Erasmus proqramı ilə partnor olan universitetlərin siyahısı:

- Qərb Universiteti (Western University);

- Azərbaycan Dillər Universiteti (Azerbaijan University of Languages);

- Azərbaycan Memarlıq və Inşaat Universiteti (Azerbaijan University of Architecture and Construction);

- Azərbaycan Texniki Universiteti (Azerbaijan Technical University);

- Azərbaycan Müəllimlər Universiteti (Azerbaijan Teachers” Institute);

- Azərbaycan Dövlət Kənd Təsərrufatı Universiteti (Azerbaijan State Agricultural University);

- Bakı Dövlət Universiteti (Baku State University);

- Naxçıvan Dövlət Universiteti (Nakhchivan State University);

- Mingəçevir Politexnika Universiteti (Mingachevir Polytechnical Institute);

- Bakı Slavyan Universiteti (Baku Slavic University, Azerbaijan);

- Xəzər Universiteti (Khazar University);

- Lənkəran Dövlət Universiteti (Lankaran State University;

- Qafqaz Universiteti (Caucasus University);

- Bakı Biznes Universiteti (Baku Business University);

Layihələr bu keçidə daxil olaraq Qərb Universiteti, Erasmus Mundus əməkdaşlığı haqqında daha ətraflı məlumat ala bilərsiniz.