Qərb Universiteti Jiangnan Universiteti ilə əməkdaşlıq müqaviləsi imzaladı

Qərb Universiteti Jiangnan Universiteti ilə əməkdaşlıq müqaviləsi imzaladı

19 fevral 2016-cı il tarixində Qərb Universiteti ilə Jiangnan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Əməkdaşlıq proqramı çərçivəsində Qərb Universiteti ilə Jiangnan Universiteti arasında tələbə mübadiləsi həyata keçiriləcək. Mübadilə zamanı Qərb Universiteti tələbələri Jiangnan Universitetində, Jiangnan Universiteti tələbələri isə Qərb Universitetində təhsil almaq imkanı əldə edəcəklər.

Həmçinin bu ildən Qərb Universitetində Regionşünaslıq (Çin üzrə) yeni ixtisasda öz fəaliyyətinə başlayacaq.

Nəzərinizə çatıdırırıq ki Jiangnan Universiteti Çinin 2000 dən çox universtitetlərarası reytinqində ilk 50 universitet arasındadır.

Bu müqavilə iki tərəfli akademik əməkdaşlıq əsasındadır və aşağıda qeyd olunan fəaliyyətləri əhatə edəcəkdir.

- Tədris, tədqiqat materialları və nəşrlər mübadiləsi;

- Fakültə və digər işçilərin mübadiləsi;

- Tələbə mübadiləsi;

- Birgə tədqiqat;

- Birgə konfransların təşkilatı və digər elmi iclaslar;

- Reqionşünaslıq sahəsindəki tədris planların və tədris proqramların inkişafı;

- Elmi işçilərin təlimi.

Bu müqavilə 19 fevral, 2016-cı il tarixdən 5 il müddətinə qədər etibarlıdır.

Ətraflı məlumat üçün və ya proqrama müraciət etmək istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər:

Ünvan: İstiqlaliyyət 27 (Qərb Univeristeti - Çin dili Mərkəzi)

Telefon: 012-492-61-63