Oslo Universitetinin nümayəndə heyəti Qərb Universitetində

Oslo Universitetinin nümayəndə heyəti Qərb Universitetində

2015-ci ilin aprelində Oslo Univesitetinin nümayəndələri Qərb Universitetinə qarşılıqlı əməkdaşlıq qurmaq məqsədi ilə gəlmişlər.

Tələbə-müəllim heyəti ilə keçirilən görüşdə ölkələrarası münasibətlər, elm və təhsil sahəsində görülən işlər barəsində müzakirələr aparılmışdır.

Görüş nəticəsində Regionşünaslıq ixtisası üzrə təhsil proqramının təkminləşdirilməsi və Avropa İttifaqi üzrə yeni modulların əlavə olunması qərara alınmışdır.

Norveç mütəxəssislərinin və Oslo Universitetinin müəllim heyətinin muhazirələr oxumağ, tədris planı və sillabuslar üzərində iş aparmaq məqsədi ilə Qərb Universitetinə növbəti səfərləri planlaşdırılıb.