Ümumi məlumat
Təsisçinin ön sözü, Vitse prezident tərəfindən, tarixi, rəylər, müəllim həyati , kafedralar, əlaqələr, linklər
Təhsil
qəbula hazırlıq, fakültələr, magistratura, axsam və qiyabi təhsil, unirsitetlər arası proqramlar, kurslar və təlim maşğələləri
Abituryentlər üçün
Akademik il, qəbul qaydaları, , ödəniş
Xarici tələbələr üçün
Ümumi məlumat, Bakı şəhərinin xəritəsi və Qərb Universitetinin yerləşdiyi yer, Bakı şəhəri haqqında məlumat, ödəniş, qəbul qaydaları, qəbul olmaq üçün ərizə forması
Elm
Davamlı İnsan İnkişafı İnstitutu, Qender Araşdırmaları Markəzi
Inzibati resurslar
Beynəlxalq əlaqələr şöbəsi, Akademik proqramlar mərkəzi, nəşriyyat mərkəzi, tələbə xidmət mərkəzi, dil mərkəzi, kompüter mərkəzi, hüquq klinikası, kitabxana
Fotoqalereya
Universitetinin həyatı, qörüşlər və konfranslar, tələbələrin işləri, universitdən kənarda, Antarktida Ekspedisiyası, Kilimancaro Ekspedisiyası
Tələbə həyatı
Tələbə təskilatları, Idman klubu, məzun assosiasiyası, Xor
Qərb Universitetinin nəzdində orta Məktəb
 Ana səhifə


Çin dili kursları.


Tələbələrin və dinləyicilərin nəzərinə !
Qərb Universitetində çin dili kursları təşkil olunur. İştirak etmək arzusunda olanlar Qərb Universiteti nəzdində “Çin dili və mədəniyyəti Mərkəzi”nə müraciət edə bilərlər. II mərtəbə, 208-ci otaq.




27.04.2013 | “Heydər Əliyev və Azərbaycanın inkişaf strategiyası” mövzusunda Respublika elmi konfransı.


Aprelin 26-da Qərb Universitetində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanın inkişaf strategiyası” mövzusunda Respublika elmi konfransı keçirilmişdir. Tədbirdən öncə Qərb Universitetinin professor-müəllim heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş Daha Ətraflı >>>




05.04.2012 | IDEA ekoloji kampaniyası.


Ölkəmizdə ətraf mühiti qorumaq və bu işə gəncləri həvəsləndirmək məqsədilə, IDEA ekoloji kampaniyası 04.04.2013 tarixində Qərb Universitetində təhsil alan tələbələrlə görüş təşkil etdi. Nəzərinizə çatdırmaq istərdik ki, IDEA ( International Dialogue for Environmental Action) - Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq Kampaniyası 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Kampaniyanın əsas məqsədi gəncləri bir araya gətirərək, onları ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmaq və həvəsləndirməkdir. Görüşün məqsədi, kampaniyanın fəaliyyətini və gələcək planlarını tələbələrə təqdim etmək və onları ətraf-mühitin mühafizəsi işində fəal iştiraka dəvət etmək idi. Və sonda tələbələr öz maraqlı maraqlı fikirlərin və layihələrin IDEA ilə bölüşdü.





05.04.2013 | Konfutsi İnstitutunun filialının açılışı.



Aprel ayının 5-də Qərb Universitetində, Bakı Dövlət Universitetinin Konfutsi İnstitunun filialının açılış mərasimi keçirildi. Tədbirdə Qərb Universitetinin rektoru Zemfira Məmmədova çıxışında bildirdi ki, bu münasibətlə universitetlər arasında müqavilə imzalanacaq. Zemfira xanım qeyd etdi ki, imzalanan müqavilə Qərb Universitetin tələbələrinin çin dilinin və mədəniyyətinin öyrənilməsi və təbliği üçün önəmli addım olacaq. Məqsəd Azərbaycan ilə Çin arasında dostluq münasibətlərini, qarşılıqlı anlaşmanı, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığı genişləndirmək və möhkəmləndirməkdir. Sevindirici haldır ki, müxtəlif dillərin tədris olunduğu bu ali təhsil ocağında tələbələrimiz artıq ikinci xarici dil kimi çin dilini öyrənəcəklər. Daha Ətraflı >>>


31.03.2013 | Azərbaycanlıların Soyqırım Günü.


30 mart 2013-cü il saat 11:00-da Qərb Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə “Kompyuter elmləri və Dizayn” fakültəsinin tələbələrinin təşkil etdikləri rəsm, fotodizayn və müasir qrafika üsullarında çəkilmiş əl işlərindən ibarət sərgi və film nümayiş olundu. Tədbirdə çıxış edən müəllim və professorlarımız qeyd etdilər ki, Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişdir. Daha Ətraflı >>>




Elan.

Qərb Universitetinin Dizayn fakültəsinin nəzdində Təsviri incəsənət üzrə kurslar təşkil edilir. Tədris iki dildə və aşağıdakı istiqamətlər üzrə aparılır:

  • Rəsm
  • Rəngkarlıq
  • Kompozisiya
  • Dekorativ-tətbiqi sənət (qobelen, batika, naxış tikmə)
  • Kompüter dizaynı
Tədris bütün yaş qrupları üçün nəzərdə tutulub. Qruplar aşağıdakı kimi formalaşır: Uşaqlar 6-13 yaş, böyüklər (yaş məhdudiyyəti yoxdur). Kursları bitirənlərə sertifikatlar təqdim edilir. Qeydiyyatdan keçmək üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz.
Bakı şəh., İstiqlaliyyət küç., 27
Tel:(99412) 492 61 63 (12); (99412) 492 74 18 (12); (99451) 355 56 73
Email: administration@wu.edu.az



07.02.2013 | Azərbaycan Gəncləri Günü.

Fevralın 1-də Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə “Baku Crystal Hall”da rayon gənclərinin 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş möhtəşəm bayram balı keçirilmişdir. Gənclər balında rayonun istehsalat, elm, mədəniyyət, ictimai, elmi-pedaqoji, biznes və idman sahələrində fərqlənən gənclər iştirak etmişlər. Tədbirə Qərb Universitetinin tələbə və gənc işçiləri də dəvət edilmişdir. Daha Ətraflı >>>



29.01.2013 | “Mən Azərbaycanlıyam” intellektual bilik yarışı.

1 iyun 2012-ci il tarixində "Mən Azərbaycanlıyam" intellektual bilik yarışmasının Universitetlərarası yarışda Qərb Universiteti mübarizəyə qoşulmuşdur. Universitet daxili keçirilən yarışda Naim Süleymanov qalib gələrək universiteti bilik yarışının yarımfinal mərhələsində təmsil etmək hüququnu əldə etmişdir. 25 iyun tarixindəDaha Ətraflı >>>



18.12.2012 | Qərb Universiteti Debat Klubu.

Qərb Universitetində Debat Klubu 1999-cu ildən fəaliyyətə başlamışdır və Bakı şəhəri üzrə ilk Debat Forumu da Qərb Universitetində keçirilmişdir. 13 illik fəaliyyət dövrü ərzində Qərb Universiteti Debat Klubu öz fəallığı ilə seçilmiş və bir çox uğurlara imza atmışdır. 2011-2012-ci tədris ilində Qərb Universiteti Debat Klubu üçün sədr olaraq “Siyasi Elmlər” fakültəsinin Politologiya ixtisası üzrə tələbəsi Elman Süleymanov seçilmişDaha Ətraflı >>>



08.12.2012 | H.Əliyevin xatirəsinə həsr olunmuş “Biz H.Əliyev elmi irsini öyrənirik” adlı elmi-praktiki seminar.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından doqquz il keçir. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır.Daha Ətraflı >>>




20.11.2012 | IDEA – Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq Kampaniyasının tələbələrlə görüşü.

Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq Kampaniyası Qərb Universitetində 100-ə yaxın tələbənin iştirakı ilə görüş təşkil etmişdir. Görüşün əsas məqsədi, İDEA ekoloji kampaniyasının fəaliyyətini və gələcək planlarını tələbələrə təqdim etmək və onları ətraf- mühitin mühafizəsində fəal iştiraka dəvət etmək idi. Görüşdə İDEA barədə ətraflı məlumat verilmiş və tələbələr aktivlik nümayiş etdirmişdilər.




14.11.2012 | Qərb Universitetində Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi münasibəti ilə keçirilmiş yığıncaq.

08 noyabr 2012-ci il tarixində Qərb Universitetində YAP-ın 20 illik yubileyi münasibəti ilə yığıncaq keçirilmişdir. Yığıncaqda Qərb Universiteti YAP ərazi ilk təşkilatına üzv olan tələbə və müəllim kollektivi, inzibati işçilər iştirak etmişdir. də dövlətimizin gənclərə, elm və təhsilə olan qayğısını görür və buna görə də ümummilli liderimizin qurduğu demokratiyanın, siyasətin izi ilə yol alırlar.Daha Ətraflı >>>




13.11.2012 | “İRƏLİ” İctimai Birliyinin tələbələrlə görüşü.

Qərb Universitetində 100-ə yaxın tələbənin iştirakı ilə “İRƏLİ” İctimai Birliyinin təqdimatı keçirilib. Təqdimatda Qərb Universitetinin “Qərb dillər” fakültəsinin dekanı Fəridə Vəliyeva, “İRƏLİ” İctimai Birliyinin baş katibi Nərmin Məmmədova, Nəzarət Komissiyasının sədri Xəqani Fərəcov, “İRƏLİ” İctimai Birliyinin İnsan Resursları üzrə meneceri Aydan Əliyeva və birliyin İdarə Heyətinin üzvü Zaur Axundov iştirak ediblər. İlk olaraq Fəridə Vəliyeva qonaqları və tələbələri salamlayıb. Nərmin Məmmədova və Xəqani Fərəcov da öz növbələrində Qərb Universitetində yaradılan şəraitə görə təşəkkür ediblər.


09.11.2012 | “ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi”nin tələbələrlə görüşü.

ADA tərəfindən maliyyələşdirilən “ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi”nin Biznes Keys müsabiqəsinin təşkil edilməsi ilə bağlı tələbələrlə görüş keçirmişdir. Layihənin məqsədi tələbələri Azərbaycanın gələcək biznes liderləri kimi hazırlamağa dəstək olmaqdan ibarət idi.



17.09.2012 | Doktoranturaya qəbul!

2012-ci il üçün Universitetin fəlsəfə doktoru proqramı üzrə doktoranturasına və dissertanturaya aşağıdakı ixtisaslar üzrə qəbul elan edir. Daha ətrəflı>>>




Elanlar!

Qərb Universitetinin "Qərb dilləri" fakültəsinin "Tərcümə" və "Filologiya" ixtisasları üzrə I kurs tələbələri ilə görüş 17.09.2012 - ci il saat 12:00 - da universitetinin akt zalında keçiriləcəkdir.

"Kompüter elmləri və Dizayn" fakültəsinin "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi", "İnformasiya müəllimliyi", "Kompüter mühəndisliyi" və "Dizayn" ixtisasları üzrə I kurs tələbələri ilə görüş 17.09.2012 - ci il saat 12:00 - da universitetinin konfrans zalında keçiriləcəkdir.

"İşgüzar İnzibatçılıq" fakültəsinin Biznesin idarə edilməsi", "Dünya iqtisadiyyatı", "Maliyyə", " İqtisadiyyat" , "Menecment", "Turizm və otelçilik" ixtisasları üzrə I kurs tələbələri ilə görüş 15.09.2012 - ci il saat 12:30 - da universitetinin Akt zalında keçiriləcəkdir.



Tələbələrin Beynəlxalq Elm Festivalı 2012.

22.04.2012 - 27.04.2012 tarixi çərçivəsində Doğu Akdeniz Universitetində ”Tələbələrin Beynəlxalq Elm Festivalı 2012” layihəsində Qərb Universiteti, Azərbaycan Turizim İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq İnstitutu, Doğu Akdeniz Universitetinin tələbə və müəllim heyəti iştirak etmişdir. Layihədə 5 Universitetin 35 üzvi iştirak edirdi. Bu uğurlu görüşün nəticəsində Qərb Universitetinin II kurs tələbəsi Cəmi Əsmər 2-ci yerə layiq görülərək, xüsusi fərqlənmə diplomu və hədiyyələr əldə etdi. Digər iştirakçılar isə sertifikatlarla mükafatlandırıldılar. Qeyd etmək istəyirik ki, layihə iştirakçıları üçün Levkoşa, Famaqusta və Girnə şəhərlərinə də ekskursiyalar təşkil olunmuşdur.





Qərb Universiteti Karyera Həftəsində iştirak edəcək.

Qərb Universitetin tələbələri və müəllimləri 30 aprel – 4 may tarixində 13:00-16:00 radələrində Xilton-Bakı Otelində keçiriləcək və otel və turizm işinə həsr olunacaq Karyera Həftəsində iştirak edəcəklər.




04.04.2012 | “Azərbaycan təsviri incəsənəti” seminarı.

Aprelin 4-də Qərb Universitetində bu ali təhsil müəssisəsinin, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycan Kulturoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan təsviri incəsənəti” mövzusunda kulturoloji seminar keçirilmişdir. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov bildirmişdir ki, tədbir Almaniyada yaşayan həmyerlimiz, Azərbaycanın Əməkdar Rəssamı, Daha Ətraflı >>>

03.04.2012 | Respublika kulturoloji seminarı.

03.04.2012-ci ildə Qərb Universitetində Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycan Kulturoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə “Qədim Azərbaycan mədəniyyəti tarixi” mövzusunda respublika seminarı keçirilib. Azərbaycan Kulturoloqlar Cəmiyyətinin sədri professor Fuad Məmmədov tarixə qısa ekskurs edib. O bildirilib ki, xalqımızın çox qədim tarixi var və Amerika tarixçisi Kramer “Tarix Şumerdən başlayır” kitabında dünya mədəniyyətinin də buradan başlandığını deyib. Tədbirdə tarix elmləri doktoru Fərid Ələkbərli, yazıçı-tədqiqatçı Leyla Məmmədova, Qərb Universitetinin müəllimi Sahibə Budaqova Azərbaycan mədəniyyəti tarixi mövzusunda çıxış ediblər.




31.03.2012 | Azərbaycanlıların soyqırımının 94-cü il dönümünə həsr olunmuş tədbir.

İştirakçılar- siyasi elmlər fakültəsinin professor- müəllim və tələbə heyəti. Çıxış edənlər- Qərb Universitetinin müəllimi f.e.d. Budaqova Sahibə. Şahverdiyev Akif. Çıxış edən - AMEA-nın Tarix İnstitutunun professoru,t.e.d. Hacıyev Qasım. 31 Mart soyqırımına həsr olunmuş video çarx nümayiş olundu.



16.03.2012 | Xeyriyyə yarmarkası!

Qərb Universitetində 15-16 mart 2012-ci il tarixində “Qərb dilləri” fakültəsinin tələbə və müəllim heyyəti xeyriyyə məqsədi ilə “Xeyriyyə yarmarkası” keçirilmişdir. Bu cür xeyriyyə aksiyaları hər il Ümummilli liderimiz Heydər Əliyevin ildönümü münasibəti ilə təşkil olunur. Çünki ümummilli liderimiz Heydər Əliyev ömrü boyu ata-ana himayəsindən məhrum olmuş uşaqların qayğısına qalıb, onların tərbiyəsində mühüm rol oynayıb. Qərb Universitetində məhz bu cür adət-ənənələri davam etdirməkdədir. Yarmarkadan yığılan vəsait tələbələr tərəfindən qocalar və uşaq evlərinə çatdırılır və bununla “Qərb dilləri” fakültəsinin tələbələri Novruz bayramı ərəfəsində öz novruz töhvəsi ilə qocaqlar və uşaq evinə baş çəkmişdilər.




28.02.2012 | YAP Gənclər Birliyinin keçirdiyi “Qış məktəbi” layihəsi.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin həyata keçirdiyi “Qış məktəbi”nin iştirakçısı olan gənclər layihə çərçivəsinda Qəbələ və Oğuz rayonlarında yerləşən Heydər Əliyev mərkəzlərində olublar. Mərkəzdə gəncləri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin zəngin həyat fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış ediblər. Ulu öndərin fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolar gənclərin böyük marağına səbəb olub. Bundan başqa gənclər ayrı-ayrı dövrlərdə Ümummilli liderin Qəbələ rayonuna səfərlərini əks etdirən fotoşəkilləri də izləyiblər. Həmin lahiyədə Qərb Universitetinin tələbələri Abdulayeva Sadiqə və Cabbarov Xıdır Qərb Universiteti təmsil ediblər.







22.02.2012 | Xocalı faciəsinin il dönümünə həsr olunmuş tədbir.

Səbail rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi, Qərb Universiteti və “Nurlu sabah” Gənclərə Qayğı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 22 fevral 2012-ci ildə Qərb Universitetində Xocalı faciəsinin il dönümünə həsr olunmuş tədbir Tədbiri açdı Səbail rayon İcra Hakimiyyətinin İctimai İşlər üzrə şöbə müdiri – Kərimov İsrafil Çıxış etdi- Səbail rayon Gənclər və İdman İdarəsinin müavini – Qurbanov Faiq QU-nin TGT-nın sədri - Məmmədli Əlinin hazırladığı faciəyə həsr etdiyi video çarxı nümayiş olundu Çıxış etdilər:Qərb Universitetinin professoru – Sadıxov Fikrət, BDU-nin dosenti, tarix elmləri doktoru – Zeynalova Təranə, “Nurlu sabah” Gənclərə Qayğı İctimai Birliyinin sədri-Nicat Xəlilov “Nurlu sabah” Gənclərə Qayğı İctimai Birliyi tərəfindən hazırlanmış “10 səbəb” lahiyəsinin təqdimatı, AMEA İqtisadiyyat İnstitutunun elmi işçisi ,elmlər doktoru – Emin Məmmədzadə Azərbaycan və Ermənistanın hazırki vəziyyətini əks etdirən statistik məlumatları diqqətə çatdırdı. AMEA Radiyasiya Problemləri İnstitutunun elmi işçisi – Dinara Abbasova.Sonda “Qərb Universiteti tələbələrinin ifasında bədii kompozisiya nümayiş etdirilib və tələbələrin suaları cavablandırıldı. Media nümayəndələri: AzTV, Lider TV, Xəzər TV, Xalq qəzeti, Kütləvi informasiya vasitələrinin nümayəndələri.




Səhifə 1 >>>


News

10/10/2008

Bu günlərdə Qərb Universitetinin akt zalında qarşıdaki seçkilərə, onun daha mütəşəkkil şəffaf keçirilməsi üçün universitet kollektivi qarşısında duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir.

02/10/2008

2008-ci ilin oktyabr ayının 2-də saat 10:00-da Qərb Universitetində millət vəkili Məlahət Həsənova ilə “Müasir Azərbaycan dövlətçiliyi” mövzusunda görüş keçiriləcəkdir.

23/09/2008

Qərb Universiteti 2008/2009-cü tədris ili üçün hazırlıq şöbəsinə dinləyici qəbulu elan edir.

18/09/2008

Aida Əliyeva 2008ci ildə Belçikanın Brüssel şəhərində yerləşən Université Libre de Bruxelles (ULB)-nin Avropa,  Konfliktlərin həll olunması və Sülh quruculuğu fakültəsinin Magistr pilləsinə qəbul olunmuşdur.

archive »

Axtarış
 



Copyright © 1997–2008 Western University
Baku, Azerbaijan, Istaglaliyyat str. 27
Phone: (+994 12) 492-77-24, (+994 12) 492-61-63
administration@wu.edu.az