::МЯКТЯБИН
ПРОГАММЫ
Qərb
Universiteti nəzdindəki məktəbə təhsil Azərbaycan. Rus və inqilis
dillərində aparılır. Bölmənin seçimi məktəbdə təhsil şagirdin arzusundan
asılıdır.
Məktəbdə tam orta təhsillə yanaşa xarici dillərin, iqtisadi və hüquq
fənlərinin dərindən öyrədilməsi nəzərdə tutulur. Təlim prossesində əsas
xarici dil kimi ingilis dili və ikinci xarici dili kimi alman, fransız
və ispan dillərinə xüsusi yer verilir.
Kompüter və dizayn istiqamətli təlimin dərindən mənimsənilməsinə,
texniki vərdişləri əldə edilməsinə də diqqət yetirilir. Təhsil
prosesində təlim metodlarından biri kimi İNTERNET imkanlarından birbaşa
istifadə olunur.
Məktəbdə müasir avadanlıqlarla təchiz olunmuş kompüter mərkəzi. Fizika,
kimya və bioloqiya laboratoriyaları şagirdlərin ixtiyarına verilib.
Tədris planında nəzərdə tutulmuş əsas fənlərdən əlavə «İngilis uşaq
ədəbiyyatı», «ABŞ tarixi», «İngiltərə tarixi». «İnqilis ədəbiyyatı
tarixi», «İncəsənət tarixi», «Etiket», «Vergi siyasətinin əsasları»,
«İqtisadiyyat», «Azərbaycan Respublikasının Konstitusiyası» və s. xüsusi
kurslar keçilir. |
|